19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası U-19 Avropa Çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız səfərdə Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

 

Gərgin mübarizə şəraitində keçən qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda hesabı 16-cı dəqiqədə Ümid Salimov açıb. İkinci hissədə üstünlüyünü qoruyan yığmamız 67-ci dəqiqədə Mustafa Kamaranın penaltidən vurduğu qolla fərqi artırıb və matçın yekun hesabını müəyyənləşdirib.

 

Qeydə alınan nəticə:

U-19 Avropa Çempionatı

Təsnifat mərhələsi

Liqa B

Qrup 1

Farer adaları U-19 – Azərbaycan U-19 0:2

Qollar: Ümid Salimov, 16, Mustafa Kamara, 67 (pen.)