"Barselona" İngiltərənin "Tottenhem" klubundan Pedro Porronu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Kataloniya klubu ispan müdafiəçi üçün London təmsilçisi ilə ilkin danışıq aparıb və "yox" cavabı alıb.

 

"Tottenhem" yanvarda Porronu buraxmaq istəmir. Klub azı mövsümün sonuna kimi müdafiəçini heyətdə saxlamaq niyyətindədir.

 

Pedro İspaniya millisi ilə dünya çempionu adını qazanıb.

 

Qeyd edək ki, müdafiəçi bu mövsüm Premyer Liqada 6 oyuna çıxıb.