"Bavariya"nın futbolçusu Alfonso Deyvis ardıcıl 8-ci mövsümdə zədə problemi ilə üzləşib. Sport24.az xəbər verir ki, kanadalı müdafiəçi millinin Qvatemala ilə keçirdiyi yoldaşlıq oyununda xəsarət alıb.
Onun əzələ liflərində yırtıq aşkarlanıb.
Almaniya klubu 26 yaşlı futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Qeyd edək ki, Deyvis "Bavariya"da keçirdiyi son 8 mövsümdə zədələr səbəbindən ümumilikdə 124 matçı buraxıb. Onun Münhen təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.