"Kəpəz" Misli Premyer Liqasının XII turunda "Qarabağ"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək matç üçün artıq 8400 bilet satılıb.

 

Bu barədə "Sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

 

Noyabrın 22-də baş tutacaq matça 17:00-da start veriləcək.

 

"Kəpəz" 11 turdan sonra 17 xalla altıncıdır. 20 xalı olan "Qarabağ" isə 4-cü pillədə qərarlaşıb.