"Yuventus" "Mançester Yunayted"in hücumçusu Benyamin Şeşko ilə bağlı İngiltərə klubuna sorğu göndərib. Sport24.az xəbər verir ki, bu barədə Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

İnsayderin sözlərinə görə, Turin klubu 23 yaşlı sloveniyalı futbolçunu icarəyə götürmək istəyir. Təklif olunan müqavilə yanvar ayından 2027-ci ilin iyununa qədər olan dövrü əhatə edir. Tərəflər arasında artıq ilkin danışıqlar aparılıb.

 

Qeyd edək ki, 2025-ci ildən "qırmızı şeytanlar"ın heyətində çıxış edən Şeşko ümumilikdə 38 oyunda meydana çıxıb, 14 qol vurub və 1 məhsuldar ötürmə edib. Cari mövsümdə Benyamin 6 matçda 2 qola imza atıb.