"Mançester Yunayted" "Nyukasl"ın müdafiəçisi Lyuis Hollu heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Times Sport" məlumat yayıb.

 

Mənbə bildirir ki, "qırmızı şeytanlar" 22 yaşlı futbolçunu qış "transfer pəncərəsində" "rənglərinə bağlamaq" istəyir. Lakin Holl hələ ki, yekun qərarını qarşı tərəfə bildirməyib. 

 

Qeyd edək ki, Holl cari mövsümdə13 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. "Mançester Yunayted" hazırda 8 xalla Premyer Liqada 18-ci pillədə qərarlaşıb.