Bu gün Azərbaycan millisi 2026-cı ildə son oyununan çıxır. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yoxlama görüşündə Andorra ilə üz-üzə gəlir.

 

Bu qarşılaşma Azərbaycan millisinin kapitanı Emin Mahmudov üçün yığma komanda formasında sonuncu oyun olacaq. Baş məşqçi Ayxan Abbasov matçdan əvvəl heyətdə bəzi dəyişikliklərin olacağını bildirib.

 

Qeyd edək ki, milli noyabrın 13-də səfərdə Lixtenşteynə qalib gələrək (1:0) Millətlər Liqasının D divizionun 2-ci qrupunu lider kimi başa vurub.

 

Yoxlama görüşü

 

22:00. Andorra - Azərbaycan

Hakimlər: Xose Luis Munuera, Dieqo Sançes Royo, Diego Barbero, Pedro Qonçalves (hamısı İspaniya).

Enkamp. "Estadi de la FAF" stadionu (Andorra)

 

Andorra: 13. Aleks Ruiz 23. Borra 5. Lyovera (k) 22. Olivera 2. Kornelya 18. Remolins 19. Gilyen 8. Ferreyra 17. Rodriqo 9. R. Fernandes 11. Rosas

 

Ehtiyat oyunçular: 1. Qomes 12. De Kastro 3. Vales 4. Qarsiya 6. Pomares 7. Nil Linares 10. Lopes 14. Alaes 15. San Nikolas 16. De las Heras 20. Sola 21. Alvares

 

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 2. Rəhman Daşdəmirov 14. Elvin Bədəlov 4. Rahil Məmmədov 17. Tellur Mütəllimov 8. Emin Mahmudov (k) 5. Fərid Yusifli 13. E. Əhmədov 11. K. Əliyev 9. Musa Qurbanlı 24. Məmmədov

 

Ehtiyat oyunçular: 1. Emil Balayev 23. Aydın Bayramov 3. Rüfət Abbasov 6. Abdulla Xaybullayev 7. Toral Bayramov 10. Mahir Emreli 16. Mustafayev 18. O. Məmmədov 19. Ələsgərov 20. Aleksey İsayev 21. Qismət Alıyev 22. Salyanskiy 25. Rüfət Abdullazadə 26. Əhmədzadə