II Liqada 11-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçirilib. 

 

"Zəngəzur" - "Hypers" (2:2) matçında qalib müəyyənləşməyib. "Ağdaş" isə "doğma divarlar" arasında darmadağın olub. "Şirvan" meydan sahiblərinin qapısından 6 cavabsız top keçirib.

 

"Qaradağ Lökbatan" da səfə qələbəsinə sevinib. Qəsəbə təmsilçisi  "Kür-Araz"ı 7:1 hesabı ilə üstələyib. 

 

Qeyd edək ki, turun ilk oyun günündə "Marafon" "Şəki"ni 5:0, "Ağstafa Gəncləri" isə "Difai"ni 3:0 hesabı ilə məğlub edib. Hazırda aktivində 27 xal olan 2Qaradağ Lökbatan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Zəngəzur" 21 xalla beşinci, "Hypers" 14 xalla yeddinci yerdədir. 11 turdan sonra 22 xal toplayan "Şirvan" üçüncü yerdədir. "Ağdaş" isə 4 xalla 11-cidir.