"Qalatasaray"ın futbolçusu Qabriel Sara karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Aston Villa"nın maraq dairəsinə düşüb.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

İddialara görə, İngiltərə klubu 26 yaşlı futbolçunun transferi üçün "Qalatasaray"a 35 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

 

Sara ilə "Roma" və "Napoli" klubları da yaxından maraqlanır.

 

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 15 rəsmi oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.