"Arsenal" tezliklə yarımmüdafiəçi Deklan Rays ilə müqavilənin müddətinin uzadıldığını elan edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, 27 yaşlı ingilis futbolçu ilə yeni razılaşma ətrafında danışıqlar son mərhələdədir. Raysın hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

 

Yeni sözləşməyə əsasən Rays Bukayo Saka ilə yanaşı, "Arsenal"ın ən çox maaş alan oyunçularından birinə çevrilə bilər.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2023-cü ilin yayında "Vest Hem"dən "Arsenal"a keçib. Bu mövsüm futbolçu bütün turnirlərdə 15 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.