Mario Frik "Aberdin"in yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.

 

Lixtenşteyndən olan 52 yaşlı mütəxəssislə bağlanmış müqavilənin təfərrüatları açıqlanmayıb. O, son olaraq "Lüsern" klubunda çalışıb və müqavilə müddəti başa çatdıqdan sonra, iyunun 30-da komandadan ayrılıb.

 

Frik daha əvvəl "Vaduts" və "Balzers" klublarına, həmçinin "Vaduts"un U-18 komandasına və Lixtenşteynin U-19 milli komandasına rəhbərlik edib. O, "Aberdin"in baş məşqçisi postundan istefa vermiş Stiven Robinsoni əvəzləyir.

 

Qeyd edək ki, "Aberdin" hazırda Şotlandiya Premyer Liqasında (12 komanda arasında) 11-ci pillədə qərarlaşıb. Komanda 12 oyunda 11 xal toplayıb.