Bu gün Azərbaycan millisi 2026-cı ildə son oyununan çıxır. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yoxlama görüşündə Andorra ilə üz-üzə gəlir.

 

Bu qarşılaşma Azərbaycan millisinin kapitanı Emin Mahmudov üçün yığma komanda formasında sonuncu oyun olacaq. Baş məşqçi Ayxan Abbasov matçdan əvvəl heyətdə bəzi dəyişikliklərin olacağını bildirib.

 

Qeyd edək ki, milli noyabrın 13-də səfərdə Lixtenşteynə qalib gələrək (1:0) Millətlər Liqasının D divizionun 2-ci qrupunu lider kimi başa vurub.

 

Yoxlama görüşü

 

22:00. Andorra - Azərbaycan

Hakimlər: Xose Luis Munuera, Dieqo Sançes Royo, Diego Barbero, Pedro Qonçalves (hamısı İspaniya).

Enkamp. "Estadi de la FAF" stadionu (Andorra)