Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisini Volkan Demirel çalışdıracaq.

 

Bu barədə klubun prezidenti Memik Yılmaz nəlumat verib:

 

"Volkan Demirel ilə razılıq əldə etmişik. Sabah komandanı məşqə çıxaracaq".

 

Qeyd edək ki, "Qaziantep" Orhan Akla yollarını ayırıb. Volkan Demirelin son iş yeri isə "Gənclərbirliyi" olub.