Müdafiəçi Ruben Diaş, yarımmüdafiəçilər Juan Palinya və Bernardu Silva Millətlər Liqasının V turunda Danimarkaya uduzduqları (1:4) matçdan sonra Portuqaliya millisinin düşərgəsindən ayrılıblar. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının (PFF) mətbuat xidməti məlumat yayıb.

 

Diaş və Palinya sarı vərəqə limitini doldurduqları üçün qrup mərhələsinin Uelsə qarşı keçiriləcək son oyununu buraxacaqlar. Bernardu Silva isə tibbi müayinədən keçib və nəticədə onun qarşılaşmalarda iştiraka hazır olmadığı müəyyənləşib. Zədənin xarakteri dəqiqləşdirilməyib.

 

Qeyd edək ki, 5 oyundan sonra 12 xal toplayan Portuqaliya yığması Millətlər Liqasının A Liqasının 4-cü qrupuna başçılıq edir. Pireneylilər sonuncu turda, noyabrın 17-də səfərdə Uelslə üz-üzə gələcəklər.