Dekabrın 6-da AVRO-2028-in seçmə mərhələsinin püşkatması keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin 5-ci səbətdə yer alacağı dəqiqləşib.

 

Qaydalara əsasən, püşkatma nəticəsində hər birində dörd və ya beş komanda olmaqla 12 qrup formalaşacaq (seçmə mərhələdə ümumilikdə 54 milli komanda iştirak edəcək). Bu məqsədlə, püşkatma ərəfəsində bütün iştirakçı komandalar beş səbətə bölünəcək.

 

Birinci səbətə Millətlər Liqasının A Divizionunda öz qruplarında üçüncü və ya daha yuxarı yeri tutan komandalar (12 komanda) daxil ediləcək. A Divizionunun qalan iştirakçıları (4 komanda), eləcə də B Divizionundakı qruplarında birinci və ya daha aşağı yeri tutan komandalar ikinci səbətə yerləşdiriləcək.

 

Üçüncü səbəti turniri öz qruplarında 3-cü və ya 4-cü yerdə başa vuran B divizionundan komandalar (8 komanda), eləcə də C divizionundan dörd qrup qalibi dolduracaq. Qalan milli komandalar dördüncü və beşinci səbətləri təşkil edəcəklər.

 

Avro 2028-in seçmə mərhələ oyunları 2027-ci ilin martından noyabrına qədər keçiriləcək. Qrup qalibləri və qruplarında ikinci yeri tutan ən yaxşı səkkiz komanda birbaşa Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Qalan dörd yer uğrunda isə Millətlər Liqası vasitəsilə müəyyən ediləcək pley-off mərhələsində mübarizə aparılacaq.

 

1-ci səbət: İspaniya, Portuqaliya, Fransa, Niderland, İngiltərə, İtaliya, Almaniya, Danimarka, Belçika, Yunanıstan, Norveç, *Xorvatiya.

 

2-ci səbət: Uels, Serbiya, Türkiyə, İsveçrə, İsveç, Avstriya, Macarıstan, Bosniya və Herseqovina, Şimali İrlandiya, *Çexiya, *Sloveniya, *Kosovo.

 

3-cü səbət: Ukrayna, İsrail, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Polşa, *Şotlandiya, *İrlandiya, *Albaniya, *İslandiya.

 

4-cü səbət: Kipr, Farer adaları, Finlandiya, Moldova, Ermənistan, Bolqarıstan, Lüksemburq, Qazaxıstan, Latviya, San-Marino, *Belarus, *Estoniya.

 

5-ci səbət: Malta, Azərbaycan, Litva, Andorra, Cəbəllütariq, Lixtenşteyn.