17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası U-17 Avropa Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız səfərdə Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

 

Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçın ilk hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra Şimali İrlandiya yığması təzyiqi artırıb. Noa Voq və Paday O"Keyn hərəyə iki dəfə fərqlənərək dubla imza atıblar və matçın yekun hesabını müəyyənləşdiriblər.

 

Qeydə alınan nəticə:

 

U-17 Avropa Çempionatı

 

Təsnifat mərhələsi

 

Qrup 2

Şimali İrlandiya U-17 – Azərbaycan U-17 4:0

 

Qollar: Paday O"Keyn, 53, 80, Noa Voq, 74, 78