19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası U-19 Avropa Çempionatının təsnifat mərhələsində növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, yığmamız səfərdə Serbiya U-19 komandası ilə üz-üzə gəlib.

 

Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İlk hissədə Dimitrije Şariç 40-cı dəqiqədə penaltidən hesabı açıb. Fasilədən sonra isə serblər üstünlüklərini daha da artırıblar. David Milovanoviç və Yovan Ostojit fərqlənərək matçın yekun hesabını müəyyənləşdiriblər.

 

Qeydə alınan nəticə:

 

U-19 Avropa Çempionatı

Təsnifat mərhələsi

Liqa B, Qrup 1

 

Serbiya U-19 – Azərbaycan U-19 4:0

Qollar: Dimitrije Şariç, 40 (pen.), David Milovanoviç, 70, Yovan Ostojit, 72, 78