21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda Omanın U-23 yığması ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın hər iki qolunu Niyazi Osmanov vurub.

 

Qeyd edək ki, komandalar arasında növbəti yoxlama matçı noyabrın 17-də keçiriləcək.