Portuqaliya millisi bu gün UEFA Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçular bir müddət əvvəl yığmadakı karyerasını bitirən Kriştiano Ronaldoya jest olaraq meydana 7 nömrəli forma ilə çıxacaqlar.

 

Bu barədə "O Jogo" nəşri məlumat yayıb. Oyunçular bu addımla Ronaldoya hörmətlərini nümayiş etdirəcək.

 

Qeyd edək ki, Ronaldo millidə 234 oyunda 146 qol vurub. O, ölkəsinin yığması ilə ən çox qol vuran futbolçudur.