"Real" İspaniyanın üçüncü divizionu olan "Primera Federacion"da çıxış edən "UD Logrones" klubunun 19 yaşlı yarımmüdafiəçisi Lətif İssmanı "rənglərinə bağlayacaq". Sport24.az MARCA qəzetinə istinadən xəbər verir ki, dünən klublar arasında razılaşma əldə olunub.

 

Futbolçu gələn yay Madrid klubuna qoşulacaq. 2006-cı il noyabrın 1-də anadan olan yarımmüdafiəçi 2025-ci ilin iyulunda "UD Logroñés"in əsas komandasına keçib.

 

"Real"ın məşqçilər korpusu İssmanı meydanın mərkəzində tarazlıq yarada bilən, eyni zamanda hücuma da töhfə verə biləcək perspektivli mərkəz yarımmüdafiəçisi kimi görür.

 

Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsümdə 11 oyuna çıxıb (bunların 9-da start heyətində yer alıb), bir məhsuldar ötürmə edib.