Almanlar arasında ən yüksək ödənişli futbolçunun adı açıqlanıb. Sport24.az xəbər verir ki, "Bavariya"nın və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala ən yüksək maaş alan futbolçudur.
23 yaşlı oyunçu ildə 22,8 milyon avro qazanır.
İkinci yerdə "Bavariya"nın formasını geyinən Coşua Kimmix qərarlaşıb. Onun illik gəliri 20 milyon avro təşkil edir. "Arsenal"ın hücumçusu Kay Haverts 17 milyon avro ilə "üçlüyü" tamamlayır.
Qeyd edək ki, "Liverpul"un şərəfini qoruyan Florian Virts isə ildə 15,2 milyon avro maaşla yalnız 4-cü yerdədir.