Parisdə ukraynalı iş adamı və "Vorskla" klubunun keçmiş sahibi Konstantin Jevaqoya məxsus mülk müsadirə olunub. Sport24.az xəbər verir ki, bu barədə bloqer İqor Laçenkov öz "Telegram" kanalında məlumat verib.

 

Malikanə Ukrayna Prokurorluğunun tələbi ilə ələ keçirilib. 

 

Hesabatda bildirilir ki, ukraynalı iş adamı Konstantin Jevaqoya məxsus, dəyəri 40 milyon dollar olan Parisdəki malikanəyə, "Finance and Credit" bankından 113 milyon dolların mənimsənilməsi ilə bağlı aparılan araşdırma çərçivəsində həbs qoyulub.

 

Qeyd edək ki, Jevaqo bir neçə gün öncə "Vorskla"dakı 100 faizlik payını itirdiyini bildirmişdi.