"Fənərbaxça"nın müdafiəçisi Natan Ake yenidən zədələnib. Soort24.az xəbər verir ki, bu barədə Super Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
Əvvəlki zədədən sonra reablitasiya presesində olan niderlandlı futbolçunun sağ ayaq əzələsində zədə aşkarlanıb. 31 yaşlı mərkəz müdafiəçisi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Natan Akeni mövsümün əvvəlində "Mançester Siti"dən 8 milyon avroya transfer edib. Niderland millisinin üzvü İstanbul təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.