Qadın həndbolçulardan ibarət "Kür" klubu EHF Avropa Kubokunun üçüncü mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şimali Makedoniyanın "Çair" komandası ilə qarşılaşıb.

 

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüş rəqibin 27:24 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 15-də eyni məkanda keçiriləcək. Saat 17:00-da başlayacaq oyunda 1/8 finala vəsiqənin sahibi müəyyənləşəcək.