"Mingəçevir" futbol komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, "Mingəçevir" I Liqada 7 turdan sonra dörd xalla 9-cu pillədə qərarlaşıb. Komanda VII turda "Şahdağ Qusar"la oyuna çıxmadığı üçün texniki məğlubiyyət (0:3) alıb.