"Neftçi"nin futbolçusu Sessi D Almeydanın formasını geyindiyi Benin yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda Mərkəzi Afrika ilə üz-üzə gəlib. 5 qolun vurulduğu matç Beninin qələbəsiylə başa çatıb – 4:1.

 

Almeyda oyuna start heyətdə başlayıb və 84 dəqiqə meydanda qalıb. O, daha sonra Alvini ilə əvəzlənib.

 

Benin 3 turdan sonra 7 xalla qrup lideridir.