Millətlər Liqasının 5-ci turu çərçivəsində Türkiyəyə qarşı keçirilən (2–1) oyundan sonra Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne "Real"ın sağ cinah oyunçusu Arda Gülər ​​haqqında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə yerli mətbuata açıqlama verib:

 

"Gülər ​​inanılmaz futbolçudur. Oyun ərzində onu diqqətlə izlədik. Komanda yoldaşları daha çox məsuliyyətli olmalıdırlar, çünki bütün yük Ardanın üzərinə düşürdü.

Oyun planımızı da bunu nəzərə alaraq qurduq. Gülər ​​dünyanın ən yaxşı klublarından birində çıxış edir və dünyanın ən yaxşı oyunçularından biridir".

 

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm18 oyunda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.