Üç klub "Bavariya"nın mərkəz müdafiəçisi Kim Min Çjeyə maraq göstərir. Sport24.az "Bayern & Germany" portalına istinadən xəbər verir ki, "Qalatasaray", "Beşiktaş" və "Yuventus" cənubi koreyalı futbolçunun mümkün transferi ilə bağlı qarşı tərəfə sorğu göndəriblər.
Müdafiəçi komandanı tərk edərsə, Münhen klubu onun yerinə bir neçə gənc mərkəz müdafiəçisini nəzərdən keçirir. Namizədlər arasında "Benfika"dan 24 yaşlı Tomas Arauxo və "Ştutqart"dan 20 yaşlı Finn Yelç də var.
Mənbənin sözlərinə görə, "Bavariya" rəhbərliyi cənubi koreyalı ilə onun gələcəyi barədə müzakirələr aparmağı planlaşdırır. Müdafiəçinin Almaniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.