İtaliya millisi Fransaya qarşı ev oyunlarında uzun müddətdir davam edən qələbəsiz seriyaya son qoydu. Sport24.az xəbər verir ki, ötən gecə Millətlər Liqasının beşinci turu çərçivəsində keçirilən qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

 

"OptaPaolo"nun məlumatına görə, bu oyuna qədər italiyalılar öz meydanlarında fransızlara qarşı keçirdikləri ardıcıl altı matçda qələbə qazana bilməmişdilər. Bu oyunların ikisi heç-heçə, dördü isə məğlubiyyətlə nəticələnmişdi.

 

Qeyd edək ki, İtaliyanın Fransaya qarşı evdə qazandığı sonuncu qələbə 1962-ci il mayın 5-nə təsadüf edib. Həmin vaxt yoldaşlıq görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmiş, hər iki qolu isə Xose Altafini vurmuşdu.