Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında sabah saat 23:45-də səfərdə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Toral Bayramov matç haqda fikirlərini bildirib:
"Bakıdakı oyunda hesab açılmamışdı. Bu dəfə rəqib meydanında qalib gəlmək istəyirik. Komandamıza inanırıq və matça ciddi hazırlaşmışıq. İnanırıq ki, istəyimizi həyata keçirərək xalqımıza qələbə sevinci yaşadacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoldaşlıq matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik".