Misli Premyer Liqasının birinci dövrəsində ən çox qurtarış edən qapıçılar bəlli olub. Sport24.az xəbər verir ki, 11 turun statistikasına əsasən, bu göstəricidə "Şamaxı"nın qapıçısı Rikardo Fernandes birinci pillədə qərarlaşıb.
Portuqaliyalı qolkiper rəqib futbolçuların zərbələrini 46 dəfə dəf edib.
"Kəpəz"in qapıçısı Rojerio Santos 37 seyvlə ikinci, "Neftçi"nin qolkiperi Emil Balayev isə 35 qurtarışla üçüncü sırada yer alıb.
Qeyd edək ki, Misli Premyer Liqasında XII tura noyabrın 20-də start veriləcək.