İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn karyerası haqqında danışıb. Sport24.az xəbər verir ki, o, "The Sun" nəşrinə açıqlamasında üzləşdiyi çətinliklərdən söz açıb.

 

"Karyeram boyu insanların mənim haqqımda düşündüklərinin səhv olduğunu sübut etməli olmuşam. Kimsə mənə nəyisə bacarmayacağımı deyirsə, bu, məni həmin şeyi etməyə daha çox həvəsləndirir. Bütün böyük idmançılara nəzər salın – məsələn, Amerika futbolu oyunçusu Tom Breydini və onun ən yaxşı olmaq uğrundakı sarsılmaz əzmini götürək...

Bəlkə də buna səbəb mənim sakit təbiətli olmağımdır. Bəzi digər böyük oyunçulardan fərqli, mənim eqom hər zaman göz önündə deyil. Lakin bu, mənim başqalarından daha az əzmli olduğum anlamına gəlmir. Bu o demək deyil ki, mən var gücümü ortaya qoymuram, yaxud özümü və ətrafımdakıları ən yaxşı olmaq üçün təşviq etmirəm.

"Arsenal" akademiyasından göndərilmişdim və mən onların yanıldığını sübut etdim. "Tottenhem"dəki ilk məşqçilərimin - hansı ki, onların rəhbərliyi altında çox oyun vaxtı qzanmırdım - yanıldığını sübuta yetirdim. İcarə əsasında çıxış etdiyim və uğursuz alınan dövrlər də olub. Daha sonra Qətərdə keçirilən dünya çempionatında penaltini qaçırmağım mənim üçün son dərəcə çətin bir an idi. O vaxtdan bəri yerinə yetirdiyim növbəti 30 penaltinin hamısını qola çevirmişəm! Məsələ ondadır ki, "mən onlara göstərəcəyəm" deyəsən və bütün o neqativ halları növbəti səviyyəyə yüksəlmək üçün bir yanacaq kimi istifadə edəsən", – deyə Keyn bildirib.

 

Qeyd edək ki, ingilis hücumçu 2026-cı ildə "Qızıl Top"un qalibi olub.