İspaniya çempionatının 12 turundan sonra keçirilən 119 oyunda 344 qol vurulub. Sport24.az Opta statistik portalına istinadən xəbər verir ki, bu da hər oyuna orta hesabla 2,89 qol düşdüyü deməkdir.
La Liqada bundan əvvəl belə yüksək məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt hər oyuna orta hesabla 2,94 qol düşürdü.
Əvvəlki doqquz mövsümdə bu göstərici 2,69-dan yuxarı qalxmayıb. 2019/20-ci mövsümdən 2022/23-cü mövsümə qədər isə 2,48–2,51 aralığında dəyişib.