2025/26 mövsümünün sonunda peşəkar karyerasını başa vuran, Dortmund "Borussiya"sının keçmiş müdafiəçisi Niklas Züle oynadığı dönəmdə rejimə riayət etmədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o bu yaxınlarda qonaq olduğu "After the Final Whistle" podkastında bildirib:
"Bütün peşəkar karyeram boyu gündə üç pivə içmişəm və 'McDonald's'a həddindən artıq tez-tez getmişəm. Öz-özümə "növbəti 15 il ərzində yalnız bunun üçün yaşayacağam" demək istəmişəm. Həyat çox qısadır".
31 yaşlı alman futbolçu karyerası ərzində"Hoffenhaym", "Borussia" və "Bavariya"in heyətində Bundesliqada 398 oyuna çıxıb, 18 qol vurub və 14 məhsuldar ötürmə edib. O, həmçinin Almaniya millində 49 oyun keçirib və bir qola imza atıb.
Qeyd edək ki, "Bavariya"da çıxış etdiyi müddətdə Züle beş dəfə Almaniya çempionu, iki dəfə isə Almaniya Kubokunun qalibi olub. O, həmçinin Çempionlar Liqası, Almaniya Superkuboku (dörd dəfə), UEFA Superkuboku və FİFA Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.