"Aston Villa"nın 24 yaşlı sol cinah müdafiəçisi İan Maatsen müqaviləsini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Razılaşmanın təfərrüatları açıqlanmasa da, insayder Fabritsio Romanonun yaydığı xəbərə əsasən, müqavilə 2032-ci ilə qədər qüvvədə olacaq.

 

"Aston Villa" Maatseni 2024-cü ilin iyununda 37,5 milyon funt-sterlinq qarşılığında "Çelsi"dən transfer edib. Həmin vaxt o, klubla 2030-cu ilə qədər nəzərdə tutulan sözləşməyə imza atmışdı. 

 

Qeyd edək ki, müdafiəçi Birmingem təmsilçisinin heyətində bütün turnirlərdə 100 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.