Belçika milli komandasının hücum xəttində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası məlumat yayıb.

 

"Fənərbağça"nın şərəfini qoruyan 33 yaşlı ulduz forvard Romelu Lukaku zədə səbəbindən UEFA Millətlər Liqası çərçivəsində Türkiyəyə qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.

 

Xatırladaq ki, noyabrın 12-də baş tutacaq Türkiyə – Belçika qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.