"Neftçi" məşqlərini bərpa edib. Sport24.az xəbər verir ki, "Kəpəz" üzərində qələbədən sonra 4 günlük istirahətə buraxılan "ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində məşqə çıxıblar.

 

Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, B komandadan bir neçə oyunçu məşqə cəlb olunub.

 

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında növbəti matçını noyabrın 22-də "Araz-Naxçıvan"a qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da start götürəcək.