20 Noyabrda Gəncədə bədii gimnastika üzrə Açıq region birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarış Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Birincilikdə müxtəlif yaş kateqoriyalarını təmsil edən gimnastlar mübarizə aparacaqlar.
Qeyd edək ki, turnir noyabrın 21-də yekun vurulacaq.