Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya çempionatında böyük uğura imza atıblar. Sport24.az xəbər verir ki, 11-13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində təşkil olunan mötəbər yarışda təmsilçilərimiz qarışıq cütlük proqramında mübarizə aparıblar.

 

Təsnifat mərhələsində 19.050 xal toplayaraq finala adlayan Avropa çempionlarımız həlledici mərhələdə də yüksək ustalıq nümayiş etdiriblər. Gimnastlarımız çempionluqdan cəmi 0,1 xal geridə qalaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

 

Dünya birinciliyində 38 ölkədən 350-dən çox idmançı qüvvəsini sınayıb.