"Qarabağ"ın qapıçısı Martin Zlomisliç Bakıda keçirilən U-15 dünya çempionatında ölkəsinin milli komandasına dəstək olub. Sport24.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyası məlumat yayıb.

Zlomisliç yığmanın Uelsə qarşı keçirdiyi və penaltilər seriyasında qalib gəldiyi (2:2, penaltilər – 4:2) matçı tribunadan izləyib.

Qeyd edək ki, qolkiper zədə səbəbindən hazırda "Qarabağ"ın oyunlarında iştirak edə bilmir. Onun yaxın günlərdə məşqlərə başlayacağı gözlənilir.