U-15 millimiz Bakıda təşsil olunan dünya çempionatı və festivalında sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız 83-cü yer uğrunda Əfqanıstan millisi ilə üz-üzə gəlib. 

 

Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Əfqanıstan komandası daha dəqiq olub - 3:2.

 

Qeyd edək ki, bu gün başa çatacaq U-15 dünya çempionatında final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək. Həlledici qarşılaşmada Çexiya yığması İspaniya ilə qarşılaşacaq.