"Napoli" mərkəz müdafiəçisi Rafa Marinin müqaviləsini uzatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Neapol klubu ispaniyalı futbolçunun son oyunlarından və göstərdiyi inkişafdan razıdır.

 

Ötən yay bir neçə klub Marinə maraq göstərərək onun transferi ilə bağlı müraciət etsə də, "Napoli" təklifləri rədd edib.

 

"Transfermarkt" portalı futbolçunun hazırkı bazar dəyərini 16 milyon avro qiymətləndirir. Marinin İtaliya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyununda başa çatır.

 

Qeyd edək ki, İspaniyalı futbolçu 2024-cü ilin yayında "Real"dan "Napoli"yə keçib. 24 yaşlı mərkəz müdafiəçisi 2026/27 mövsümündə 9 oyuna çıxıb.