"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn ona cəngavərlik titulunun verilə biləcəyi barədə xəbərləri şərh edib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Əlbəttə, bundan imtina etməzdim, bu dəqiqdir. Əgər belə bir şey baş versəydi, bu, inanılmaz olardı. Mən bununla fəxr edərdim. Lakin hadisələri qabaqlamaq istəmirəm.

"Ser Harri Keyn"? Qulağa xoş gəlir. Amma hamının mənə "ser" deyə müraciət etməsi bir az qəribə olardı. Ona görə də, hələlik sadəcə "Harri" olaraq qalsın". 

 

Qeyd edək ki, oktyabrın 26-da Londonda təşkil olunan mərasimdə Keyn "Qızıl Buts" mükafatını qazanıb. O, bu mükafata layiq görülən beşinci ingilis futbolçudur.