İspaniya La Liqasında oktyabr ayı üçün "Ayın məşqçisi" mükafatına namizədlərin adları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

 

Namizədlər siyahısında Dieqo Simeone ("Atletiko"), Pelleqrino Mataratso ("Real Sosyedad") və Joze Mourinyo ("Real") yer alıblar.

 

"Atletiko" oktyabr ayında keçirdiyi hər üç oyunda qələbə qazanıb. Komanda "Alaves" (2:1), "Espanyol" (1:0) və "Deportivo"ya (1:0) məğlubiyyət acısı yaşadıb. 

 

"Real Sosyedad" da eyni nəticəni göstərib. Bask klubu "Deportivo" (3:2), "Malaqa" (5:2) və "Levante"ni (2:1) məyus edib.

 

"Real" da keçirdiyi hər üç qarşılaşmadan 3 xalla ayrılıb."Kral klubu" "El Klasiko"da "Barselona"nı məğlub edib. Bundan əvvəl isə "Sevilya" (4:1) və "Vilyarreal" (1:0) üzərində qələbəyə sevinib.