"Komo"nun müdafiəçisi Xakobo Ramon karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" ispaniyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

 

İtaliya klubu Ramonu yalnız bir halda sata bilər. Belə ki, onlar 21 yaşlı mərkəz müdafiəçisi üçün ən azı 50 milyon avro tələb edəcəklər.

 

Qeyd edək ki, "Komo" Xakobo Ramonu 2025-ci ilin yayında "Real"dan 2,5 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.