"Mançester Siti"nin zədəli hücumçusu Benyamin Şeşkonun durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, sloveniyalı forvard uzun müddət komandaya kömək edə bilməyəcək.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Şeşkonun baldır əzələsində zədə aşkarlanıb. 23 yaşlı futbolçu 2027-ci ilin yanvarında yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Benyamin Şeşkonu 2025-ci ilin yayından "Leypsiq"dən 77 milyon avroya transfer edib. Sloveniya millisinin üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol vurub.