Braziliya millisinin və "Flamenqo"nun müdafiəçisi Leo Pereyra karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, 30 yaşlı futbolçuya "Qalatasaray" maraq göstərir.
Türkiyə çempionu "Flamenqo"nun futbolçusu üçün artıq hərəkətə də keçib. Braziliya klubu onun üçün 12 milyon avro tələb edir.
Qeyd edək ki, Pereyranın hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. Leo "Atletiko Paranaense", "Nautiko", "Orlando"(ABŞ) klublarının formasını geyinib.