"Milan"ın hücumameyilli yarımmüdafiəçisi Alfadjo Sisse klubla yeni müqavilə imzalamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
Yeni müqavilə 2031-ci ilə qədər qüvvədə olacaq və əlavə bir mövsüm uzadıla bilər.
Sissenin maaşı hazırkı 0,75 milyon avrodan 1,8 milyon avroya yüksələcək.
Qeyd edək ki, Sisse cari mövsümdə "qırmızı-qaralar"ın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və 7 qol vurub.