"Everton" yanvar "transfer pəncərəsi"ndə hücum xəttini gücləndirmək niyyətindədir və "Real Sosyedad"ın hücumçusu Orri Steyn Oskarssonu əsas hədəf kimi müəyyənləşdirib. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
İslandiya millisinin 22 yaşlı üzvü uğrunda ciddi rəqabət gözlənilir. belə ki, "Tottenhem", "Nyukasl", "Sanderlend" və "Brentford" klubları da oyunçunu yaxından izləyirlər. Boyu (185 sm), qapı qarşısındakı soyuqqanlılığı və yüksək səviyyəli liqada oynama təcrübəsi nəzərə alınarsa, bu hücumçunu heyətinə qatmaq istəyən komandalar arasında gərgin mübarizə gedəcəyi şübhəsizdir.
Qeyd edək ki, hücumçu 2026/27 mövsümündə 11 oyunda 4 qol vurub. Oskarssonun İspaniya klubu ilə hazırkı müqaviləsi 2030-cu il iyununa qədər qüvvədədir.
"Transfermarkt" portalı oyunçunun dəyərini 20 milyon avro qiymətləndirir.