UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turundakı qarşılaşmadan sonra Finlandiya Futbol Assosiasiyasını 30 000 avro məbləğində cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 29-da Helsinkidə keçirilən qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qitə futbol qurumu milli himnlərin səsləndirilməsi zamanı qayda pozuntusuna yol verildiyi üçün Finlandiya tərəfini 10 000 avro cərimələyib. Bundan əlavə, azarkeşlərin idman tədbiri üçün uyğunsuz hesab edilən mesajlar nümayiş etdirmələrinə görə də əlavə cərimə tətbiq olunub.
Qeyd edək ki, Belarus və Finlandiya yığmaları C Liqasının 1-ci qrupunda mübarizə aparırlar. Hər iki komandanın dörd oyundan sonra 7 xalı var.